https://innews.media/uploads/news/2024-06/_innews_dcb491b1c68d2aea9413e4f55_o.jpg
Artıq 5 ildir Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan və fəaliyyət göstərən model-müğənni Afaq Aslan xarici görünüşündə dəyişiklik edib.
innews.media - ın StarMagazine.Az - a istinadən əldə etdiyi məlumata görə, ifaçı AZƏRBAYCANA məhz bu səbəblə gəlib.
Hər addımı ilə diqqət çəkən, tez-tez imicini dəyişən “Aslan” bu dəfə endoskopik qaş qaldırma əməliyyat yolu ilə xarici görkəmində kiçik bir dəyişiklik edib. Yaxın zamanda yeni imici ilə Afaq Aslan 5 illik sükutu pozmağa və uzun çəkən sükutdan sonra yenidən yeni proyektləri ilə sevenlərinin qarşısına çıxmağa hazırlaşır.
Ən son xəbərləri səhifəmizdən də izləyin