https://innews.media/uploads/news/2024-06/_innews_5c310b335e83c307685eddd0c_o.jpg
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Balıkesir Universiteti arasında "Erasmus" mübadilə protokolu imzalanıb.
Protokolu BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Türkiyənin Balıkesir Universitetinin "Erasmus" proqramı üzrə koordinatoru Seda Şahin imzalayıb. Protokol çərçivəsində təhsilalanların, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 1992-ci ildə qoyulmuş Balikesir Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. 24000 tələbənin təhsil aldığı Balikesir Universitetində 14 fakültə, 4 institut fəaliyyət göstərir.