logo
Şahdağ Turizm mərkəzi: 2024-cü İlə rekord nöqtəyə yaxın irəliləyir

Şahdağ Turizm mərkəzi: 2024-cü İlə rekord nöqtəyə yaxın irəliləyir

Şahdağ Turizm mərkəzi: 2024-cü İlə rekord nöqtəyə yaxın irəliləyir Şahdağ Turizm mərkəzi: 2024-cü İlə rekord nöqtəyə yaxın irəliləyir

2022-ci illə müqayisədə ötən il hotellərdə doluluq 63%, gündəlik səfər edənlərin sayında isə 33% artım müşahidə olunub.

innews.media xəbər verir ki, bu məlumatı Şahdağ Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov bu gün keçirilən mətbuat konfransında verib.

Rüstəm Nəcəfov bildirib ki, 2023-cü ildə 75 min 150 nəfər otellərdə qonaqlanıb, 160 mindən çox ziyarətçi isə Şahdağa gündəlik səfər edib.

“2024-cü ilin ilk 6 ayını 2023-cü ilin eyni dövrü ilə müqayisə etsək, hazırda oteldə qalan qonaqların sayında 85% artım var. Kompleksə gündəlik səfər edənlərin sayında isə 103% artım var. Bu, qeyri-mövsüm anlayışını aradan qaldırdığımızı göstərir. Qeyd edim ki, qış mövsümündən sonra da otellərdə doluluq davam edib.”

Bu nəticələr, Şahdağın potensial bazar ölkələri üçün cazibədar bir turizm məkanına çevrildiyini göstərir. Xüsusilə aprel-may aylarında Hindistandan gələn turistlərin sayında artım müşahidə olunub. Bu artım, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun uğurlu fəaliyyətinin nəticəsidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin