logo
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevirilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevirilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevirilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevirilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə 8-14 iyun tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 8 avtomat silahı, 1 tapança, 9 tüfəng, 20 qumbara, 17 alışdırıcı, 38 patron darağı, 825 ədəd müxtəlif çaplı patron, 8 ədəd süngü-bıçaq və digər sursatlar, Xocavənd şəhəri ərazisindən 2 ədəd avtomat silahı, 1 snayper tüfəngi, 24 ədəd patron darağı və 755 ədəd müxtəlif çaplı patron patron, Ağdam rayonunun Abdal kəndi ərazisindən isə 3 ədəd avtomat silahı, 12 ədəd mərmi, 5 ədəd mərmi başlığı, 940 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Polis əməkdaşları Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi ərazisindən 30 kiloqram marixuana aşkar edərək götürüb, həmçinin yabanı halda bitmiş 1700 ədəd çətənə kolu məhv edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media