logo
Bəhruz Bəhramov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib

Bəhruz Bəhramov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib

Bəhruz Bəhramov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib Bəhruz Bəhramov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 iyun 2024-cü il tarixli 165 nömrəli Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Bəhruz Bəhramov 2020-ci ildən hazırki tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib. Daha öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin