"Qarabağ" sabiq futbolçusu Kadi Borgesin transferi üçün Rusiyanın "Krasnodar" klubuna təklif göndərib.
Bu barədə yarımmüdafiəçinin agenti Helsio Alisk "RB Sport"a açıqlama verib.
O, Azərbaycan çempionunun oyunçu üçün təklif göndərdiyini təsdiqləyib: "Qarabağ" həqiqətən Kadi üçün təklif göndərib. Amma bundan artıq heç nə deyə bilmərəm. Biz "Krasnodar"ın qərarını gözləyirik".
Borges 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, son mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin