logo
BDU-nun “Applied and Computational Mathematics” jurnalının “Scopus”da 2023-cü il üçün təsir əmsalı 8.8 olub

BDU-nun “Applied and Computational Mathematics” jurnalının “Scopus”da 2023-cü il üçün təsir əmsalı 8.8 olub

BDU-nun “Applied and Computational Mathematics” jurnalının “Scopus”da 2023-cü il üçün təsir əmsalı 8.8 olub BDU-nun “Applied and Computational Mathematics” jurnalının “Scopus”da 2023-cü il üçün təsir əmsalı 8.8 olub

Bakı Dövlət Universitetinin (BDU) təsisçiliyi ilə BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda dərc olunan “Applied and Computational Mathematics” jurnalının təsir əmsalı “Scopus” bazasında 8.8 olub.

https://www.scopus.com/sourceid/19200156958?origin=resultslist

Jurnalın redaksiya heyətinə dünyanın 20-yə yaxın ölkəsini təmsil edən tanınmış alimlər daxildir.

Jurnalın indiyəək çapdan çıxmış 61 nömrəsində dünyanın 50-dən artıq ölkəsini təmsil edən tədqiqatçıların 650-dək məqaləsi dərc olunub. Jurnalda ildə dörd nömrə olmaqla müasir tətbiqi və hesablama riyaziyyatının aktual istiqamətləri üzrə əldə olunmuş ən son elmi nəticələr çap olunur. Hazırda jurnalın 500-dən çox tanınmış rəyçisi mövcuddur.

Qeyd edək ki, jurnal həmçinin “Web of Science Core Collection” bazasında Q1 kvartilli jurnallar siyahısına daxildir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media