logo
Azərbaycan ƏTİT-ə üzv olması mümkünlüyünü nəzərdən keçirir

Azərbaycan ƏTİT-ə üzv olması mümkünlüyünü nəzərdən keçirir

Azərbaycan ƏTİT-ə üzv olması mümkünlüyünü nəzərdən keçirir Azərbaycan ƏTİT-ə üzv olması mümkünlüyünü nəzərdən keçirir

Bu barədə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayelin Azərbaycanın Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovla görüşündə deyilib.

Görüş zamanı iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Xüsusilə, tərəflər kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinin, o cümlədən iki ölkənin ehtiyaclarına dair məlumat mübadiləsi yolu ilə artırılması məsələlərini nəzərdən keçiriblər. Bu kontekstdə, həmsöhbətlər kənd təsərrüfatı sahəsində birgə işçi qrupunun yaradılmasını alqışlayıblar.

Alim Bayel Qazaxıstanın aqrar-sənaye kompleksində investisiya imkanları, kənd təsərrüfatı məhsullarının emalı sahəsində prioritet layihələr haqqında qısa məlumat verib. Diplomat həmçinin Qazaxıstan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda birgə istehsalatının təşkilində maraqlı olduğunu qeyd edib.

Öz növbəsində, Məcnun Məmmədov bütün sahələrdə qarşılıqlı fəaliyyətinin inkişaf etdirməyə imkan verən Qazaxıstanla Azərbaycan arasında sıx qardaşlıq münasibətlərini qeyd edib və Azərbaycanın Qazaxıstanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

Nazir həmçinin Azərbaycanın Qazaxıstan təşəbbüsü ilə yaradılan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına (ƏTİT) üzv olması üçün Azərbaycan tərəfi hazırda dövlətdaxili prosedurlarını həyata keçirdiyini bildirib. Azərbaycan Respublikasının tezliklə təşkilata üzv olması gözlənilir.

Tərəflər eyni zamanda Səfirlikdə aqrar-sənaye kompleksinin istehsalçılarının, habelə maraqlı dövlət qurumlarının və iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə işgüzar forumunun keçirilməsi ilə bağlı razılaşıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media