logo
"Pilgrim Education" xaricdə təhsil üzrə uğurlarını davam etdirir

"Pilgrim Education" xaricdə təhsil üzrə uğurlarını davam etdirir

"Pilgrim Education" xaricdə təhsil üzrə uğurlarını davam etdirir "Pilgrim Education" xaricdə təhsil üzrə uğurlarını davam etdirir

"Pilgrim Education MMC" Beynəlxalq təhsil mərkəzi son statistikalarını ictimaiyyətə açıqlayıb.

Mərkəz tərəfindən hazırda xaricdə təhsil alaraq təcrübə qazanan çoxsaylı tələbə mövcuddur. Bu tələbələr dünya reytinq sıralamasında "Top 10" və "Top 100" intervalına daxil ola biliblər. Təhsil üzrə dünya reytinq sıralamasında ilk 10 da yerləşən universitetlər arasında 5 tələbə hazırda qəbul şansı əldə edib. 200-ə yaxın tələbə isə ilk 100-lükdə yerləşən universitetlər siyahısında özünü sınaya biləcək. Bu universitetlər arasında Birləşmiş Krallıqda yerləşən "University College of London", "Birmingham University",  "Manchester University", "Maryland University" (Amerika) kimi beynəlxalq universitetlər yer alır.

Şirkətin icraçı direktoru  Aisa Aslanova bildirib ki, şirkətimiz 200-ə yaxın xaricdə yerləşən beynəlxalq universitetlər ilə əməkaşlıq edir. O həmçinin qeyd edib ki, Tələbələrimizin daha yaxşı nəticələr əldə etməsi üçün komandamız düzgün və yerində diaqnostikalar aparır. Bakalavr üzrə ortalamasından asılı olmayaraq hər bir tələbənin özünü inkişaf etdirə biləcəyi universitetləri yalnız biz onlar üçün təqdim edirik deyə ekspert bildirib.

Qeyd edək ki şirkət 2023-cü ildə göstərdiyi nəticələr görə "Gənclərin Dostu" milli mükafatına layiq görülüb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media