logo
Azərbaycanın FIFA referisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb Azərbaycanın FIFA referisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

innews.media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Kipr oyununu idarə edəcək.

C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə köməklik edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.

Qeyd edək ki, iyunun 4-də Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media