https://innews.media/uploads/news/2024-06/_innews_810a2ca27c95ae794c4d8dba7_o.jpg
2023-2024-cü tədris ilində Pedaqoji Universitetin bakalvr proqramlarından məzun olması proqnozlaşdırılan 2317 tələbədən 656 nəfəri (28,3 %) cari il üçün magistraturaya qəbul imtahanlarında iştirak edib ki, onlardan 622 nəfəri (26,8 %) müvafiq keçid balından yüksək nəticə göstərərək magistraturaya ixtisas seçimi mərhələsində iştirak etmək hüququ qazanıblar. Qeyd edək ki, ötən il analoji rəqəm 385 nəfər olub.
Eyni zamanda, cari ildə ADPU-nun 51 nəfər sonuncu tədris ili tələbəsi xarici ölkələrin ali təhsil müəssisələrinin magistraturalarına sənəd təqdim ediblər.
Bütün tələbələrimizi təbrik edir, onlara gələcək təhsillərində uğur arzulayırıq.
Ən son xəbərləri səhifəmizdən də izləyin