logo
ADMİU tələbələri tərəfindən "Gümüş nar” festivalı keçirilib - FOTO

ADMİU tələbələri tərəfindən "Gümüş nar” festivalı keçirilib - FOTO

ADMİU tələbələri tərəfindən "Gümüş nar” festivalı keçirilib - FOTO ADMİU tələbələri tərəfindən "Gümüş nar” festivalı keçirilib - FOTO

27 may 2024-cü ildə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsi tələbələrinin semestr üzrə yekun hesabat sərgisi – VI “Gümüş nar” festivalı keçirilib.

ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova  ənənəvi olan "Gümüş nar" festivalını açaraq universitetin fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, ADMİU-nun tələbələri hər zaman öz yaradıcılıqlarında Azərbaycan tarixinin, mədəniyyətinin atributlarını, milli-mənəvi dəyərlərini əks etdirirlər. Eləcə də Azərbaycan incəsənətinin simvollarından biri olan nar da müxtəlif obrazlarda onların yaradıcılığında əks olunur. Rektor öz çıxışında COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin  mühüm hadisəsi olduğunu vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsinin  beynəlxalq əhəmiyyətini, bu il  ADMİU-nun  Gümüş nar festivalının  da məhz  COP29 layihəsi çərçivəsində keçirilməsini xüsusisi qeyd edib.

Festivalda tələbələrin 100-ə yaxın  yaradıcılıq  işi nümayiş etdirilib. Festivalda sərgilən işlərin bir qismi  rəssam, qrafik, dizayner, qobelençi və xalçaçı tələbələrin formalaşmasında mühüm rolu olan müəllimlərin rəhbərliyi altında, digər gişmi isə tələbələr tərəfindən sərbəst yerinə yetirilib və münsiflər heyəti  tərəfindən seçilib. Qrafika, yağlı boya, akvarel, quaş, bədii parça ,ağacoyma, şəbəkə texnikalarında işlənmiş işlərdə fakültə tələbələrinin tədris prosesində qazandıqları akademik bilik və  səriştələrlə yanaşı, onların fərdi üslubları öz əksini  tapıb.

Ənənəvi "Gümüş nar" festivalının  təşkilinə və bədii tərtibatına Dizayn və dekorativ tətbiqi sənət kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə  doktoru Gülnaz Mədətova rəhbərlik edib. ADMİU-nun Estrada sənəti kafedrasının müdiri, Əməkdar müəllim, professor  Məryəm Babayevanın rəhbərliyi ilə  Populyar musiqi və caz ifaçılığı  ixtisası üzrə təhsil alan tələbələrin  bir-birindən gözəl ifaları festivala xüsusi bayram əhval- ruhiyyəsi verib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media