logo
Komada olan yeddi yaşlı uşağın həyatı TƏBİB-in tabeliyində fəaliyyət göstərən KTM həkimləri tərəfindən xilas olunub

Komada olan yeddi yaşlı uşağın həyatı TƏBİB-in tabeliyində fəaliyyət göstərən KTM həkimləri tərəfindən xilas olunub

Komada olan yeddi yaşlı uşağın həyatı TƏBİB-in tabeliyində fəaliyyət göstərən KTM həkimləri tərəfindən xilas olunub Komada olan yeddi yaşlı uşağın həyatı TƏBİB-in tabeliyində fəaliyyət göstərən KTM həkimləri tərəfindən xilas olunub

Bərdə rayonunda oyun oynayarkən avtomobillə vurulan və aldığı ağır travmalarla - açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, sağ gicgah nahiyəsinin əzilmiş yarası, sol bud sümüyünün yuxarı üçdə birinin qapalı yerdəyişməsi sınıqları ilə KTM-ə gətirilən və üç gün komada olan yeddi yaşlı Vəli Səfərovun həyatı xilas olub.

KTM-in Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin sözlərinə görə, xəstə iyulun 25-i axşam saat 21:30 radələrində xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində iyulun 30-da V.Səfərov komadan ayılıb və vəziyyəti stabilləşib:

“Aldığı travma səbəbilə onu Mərkəzin Neyrocərrahiyyə şöbəsinə köçürdük. Daha sonra sol bud sümüyündən əməliyyat üçün uşaq hazırlansa da, vəziyyəti anidən pisləşdiyi üçün yenidən Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti düzəldikdən sonra ötən gün onun daha bir cərrahi əməliyyatı uğurla başa çatıb. Hazırda isə vəziyyəti stabildir və xəstəxanada müalicəsinə davam edilir”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media