https://innews.media/uploads/news/2024-06/_innews_3e95d2127bf343d82404da3e1_o.jpg
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən maarifləndirici və əyləncəli proqramlar balaca dostlarımızın gününə rəngarənglik bəxş etdi. Bu gün üçün təşkil edilmiş "Bir uşağın pianosu" adlı konsert proqramında respublika və beynəlxalq müsabiqələrdə mükafat qazanmış gənc musiqiçilər çıxış etdilər.
Konsertdə Camal Əliyev, Fərəh Əliyeva, Yasəmən Umudova və Ayşən Umudova Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa etdilər. Onların çıxışları uşaqlar tərəfindən böyük alqışlarla qarşılandı. Tədbir, musiqinin sehrli dünyası ilə uşaqları tanış edərək onlara unudulmaz anlar yaşatdı və musiqi sevgisini daha da artırdı.
Ən son xəbərləri səhifəmizdən də izləyin