logo
İncəsənət Muzeyində sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün ustad dərsi keçirildi

İncəsənət Muzeyində sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün ustad dərsi keçirildi

İncəsənət Muzeyində sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün ustad dərsi keçirildi İncəsənət Muzeyində sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün ustad dərsi keçirildi

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün ustad dərsi keçirildi. Tədbir çərçivəsində Uşaq İnkişaf Mərkəzinin nəzdindəki inkluziv Art Studionun rəhbəri və müəllimi Fuad Musayev tərəfindən təşkil edilən plenerdə uşaqlar, bu il ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunu əks etdirən rəsmlər yaratdılar.

Ustad dərsi zamanı uşaqlar təbiəti qorumaq və ekoloji mövzularla bağlı öz düşüncələrini rəsmlərinə köçürdülər. Fuad Musayev onlara rənglərin seçimi, kompozisiya və ifadə tərzləri barədə məlumat verərək, yaradıcılıq bacarıqlarını inkişaf etdirməyə dəstək oldu.

Tədbir çərçivəsində, həmçinin Bakı Musiqi Akademiyasının dosenti Mələk Vəlizadənin rəhbərliyi ilə “Melek's band” vokal qrupunun ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirildi. Musiqi proqramı tədbirə xüsusi bir rəng qataraq, iştirakçılara xoş anlar yaşatdı və incəsənətin müxtəlif formaları arasında bir harmoniya yaratdı.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media