https://innews.media/uploads/news/2024-06/_innews_93e1793ead906214c5f132ddd_o.jpg
Bosniyanın Sarayevo şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında milli komandamız ilk oyununu keçirib.
F qrupunda mübarizə aparan Elşad Quliyevin yetirmələri qrup mərhələsinin ilk oyununda Belçika seçməsi ilə üz-üzə gəlib. Görüşdə rəqibindən üstün olan yığmamız rəqibini 3-0 hesabı ilə məğlub edib. Oyunda hesabı Vüsal İsayev açıb. İlk yarını minimal hesabda öndə tamamlayan millimiz ikinci hissədə üstünlüyünü artırıb. Bu dəfə Təmkin Xəlilzadənin ötürməsindən sonra yenə Vüsal İsayev fərqlənib 2-0. Bir qədər sonra Samir Həmzəyev üçüncü topun belçikalıların qapısından keçirib. Beləcə rəqibini 3-0 hesabı ilə məğlub edən milli komandamız Avropa çempionatına qələbə ilə başlayıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin