logo
Uşaqlar üçün “Mini Şef” kulinariya müsabiqəsi başlayır - VİDEO

Uşaqlar üçün “Mini Şef” kulinariya müsabiqəsi başlayır - VİDEO

Uşaqlar üçün “Mini Şef” kulinariya müsabiqəsi başlayır - VİDEO Uşaqlar üçün “Mini Şef” kulinariya müsabiqəsi başlayır - VİDEO

İyun ayında yalnız uşaqlar bişirəcəklər

İyun ayının 3-dən başlayaraq Facebook sosial şəbəkəsinin ən məşhur kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunda  Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Mini Şef” adlı müsabiqə başlayır. Bu müsabiqə çərçivəsində uşaqlar hər həftə müvafiq tapşırıqlara uyğun yeməklər hazırlayacaqlar. Hər həftənin sonunda isə bütün iştirakçıların reseptləri nəzərdən keçiriləcək və 3 qalib seçilib dəyərli hədiyyələr ilə mükafatlandırılacaqlar.

Müsabiqədə 2 yaşdan 18 yaşa qədər bütün uşaqlar iştirak edə bilər. Əlbəttə ki, ailə üzvlərinin kömək etməsinə də icazə verilir. Belə ki, müsabiqənin məqsədi uşaqlara mətbəxi sevdirmək, onlara ən sadə yeməkləri hazırlamağı öyrətmək, ailələri ilə birgə əla vaxt keçirib əylənməkdir.

 “İyun ayı təqvimimdə artıq bir neçə ildir ki “Uşaqların ayı” kimi qeyd olunub. Hər il bir neçə ay öncədən artıq uşaqlar üçün müsabiqə düşünməyə başlayıram və bu il də istisna deyil. Xatırlayırsınızsa, keçən illər ərzində biz “4 Mövsüm”, “Uşaqlar bişirir”, “4 Yemək” adlı müsabiqələr təşkil etmişik. Əminəm ki, bu müsabiqədən həm uşaqlar, həm də valideynlər böyük zövq alacaq və bizim balalarımız əsl şefin necə olduğunu hamıya göstərəcəklər”, - deyə qrupun admini və müsabiqənin müəllifi, səsləndirmə aktyoru Kübra Kərimli vurğulayıb.

Müsabiqəyə qoşulmaq üçün Facebookdakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır: https://www.facebook.com/groups/158809490864818/

Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılacaq.

Müsabiqənin baş sponsoru “Soliton” mağazalar şəbəkəsidir.  

Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 30000-dən çox üzvü var. Qrup maraqlı onlayn kulinariya müsabiqələri və faydalı rubrikaları ilə məşhurdur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media