https://innews.media/uploads/news/2024-06/_innews_f6a271cbd047016977df96f9a_o.jpg
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri və "Oyuq" Uşaq Teatrı yetirmələri maraqlı proqramla çıxış ediblər.
Teatrın repertuarındakı "Cırtdan" və "Qırmızıpapaq" tamaşalarından səhnəciklər, eləcə də istedadlı balaca ifaçıların təqdimatında vətənpərpərlik ruhlu nəğmələrlə yerli uşaqları, məktəbliləri və bağça yaşlı balacaları təbrik ediblər.
Böyük coşqu ilə keçən bayram sonunda balaca dostlara hədiyyələr paylanılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin