logo
BDU-da neylon/qrafen əsaslı nanokompozitlərin triboelektrik nanogeneratorlarına təsiri araşdırılır

BDU-da neylon/qrafen əsaslı nanokompozitlərin triboelektrik nanogeneratorlarına təsiri araşdırılır

BDU-da neylon/qrafen əsaslı nanokompozitlərin triboelektrik nanogeneratorlarına təsiri araşdırılır BDU-da neylon/qrafen əsaslı nanokompozitlərin triboelektrik nanogeneratorlarına təsiri araşdırılır

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar keçirilib. Elmi seminarda laboratoriyanın kiçik elmi işçisi Orxan Güləhmədov  “Neylon/qrafen oksidi və neylon/qrafen əsaslı nanokompozit materialların triboelektrik nanogeneratorların (TENG) çıxış performansına təsiri" mövzusunda çıxış edib.

Məruzəçı bildirib ki,  həm neylon/qrafen, həm də neylon/GO nanokompozitləri təmiz neylonla müqayisədə TENG-lərin çıxış gücünü əhəmiyyətli dərəcədə artıra bilər. Qrafen bir qədər yüksək elektrik keçiriciliyi və yük ötürmə xassəsinə görə TENG-lərdə effektiv hesab edilir. GO isə daha yaxşı səth aktivliyinə və səthdə olan funksional qruplar hesabına əlavə üstünlüklər (elektromənfilik) təmin edir. Bu isə yekunda TENG-lərin çıxış parametrlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Həmçinin bildirilib ki, neylon/qrafen və neylon/qrafen oksidi əsaslı nanokompozitləri neylonun müsbət xüsusiyyətlərini doldurucuların müstəsna elektrik və mexaniki xassələri ilə birləşdirərək, TENG-lərin çıxış gücündə effektiv nəticələr nümayiş etdirir. Onların istifadəsi ilə daha səmərəli, davamlı və çoxyönlü TENG-lər əldə etmək olar ki, bu da portativ elektron cihazlar üçün enerji mənbəyi ola bilər.

Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media