https://innews.media/uploads/news/2024-06/_innews_2d703b858468cc17a6781e069_o.jpg
Azərbaycan Dövlət Uşaq Filarmoniyası “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”- nə həsr olunmuş konsert proqramı ilə çıxış edib.
31 may 2024-cü il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyası "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Sülh göyərçinləri" adlı konsert proqramı ilə çıxış edib.
Konsert proqramında Dövlət Uşaq Filarmoniyasının qız və oğlanlardan ibarət rəqs ansamblı, “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı və “Musiqili uşaq teatrı” maraqlı nömrələri ilə balaca dostlarının bayramını təbrik edib. Rəngarəng səhnə geyimləri və maraqlı çıxışlar tədbirə əsl bayram ab-havası gətirib, iştirakçılar və tamaşaçılar üçün unudulmaz anlar yaşadıb.
Konsertin sonunda isə bütün iştirakçılar birlikdə “Qoruyaq uşaqları” mahnısını ifa edərək səhnəyə çıxıb və tədbir böyük coşqu ilə yekunlaşıb. Bu cür tədbirlər, uşaqların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və onların bayram sevincini paylaşmaları üçün əla bir fürsət yaratmışdır.
Ən son xəbərləri səhifəmizdən də izləyin