logo
BDU daha bir beynəlxalq reytinq siyahısında irəliləyib

BDU daha bir beynəlxalq reytinq siyahısında irəliləyib

BDU daha bir beynəlxalq reytinq siyahısında irəliləyib BDU daha bir beynəlxalq reytinq siyahısında irəliləyib

RUR (Round University Ranking) Beynəlxalq Reytinq Agentliyi 2024-cü il üçün dünya universitetlərinin növbəti reytinq siyahısını açıqlayıb.

Bakı Dövlət Universiteti (BDU) açıqlanan reytinq siyahısında 80 pillə irəliləyərək, 1042-ci yerdən 962-yə qalxıb. Eləcə də BDU RUR reytinq siyahısında tədqiqatın keyfiyyəti parametri üzrə ölkədə birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, BDU RUR reytinq siyahısına 2013-cü ildən daxil edilib.

RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40 faiz), tədqiqatın keyfiyyəti (40 faiz), beynəlmilləşmə (10 faiz) və maliyyə dayanıqlılığı (10 faiz) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media