logo
50 il sonra yenidən bir arada - ADPU-da məzunlarla görüş

50 il sonra yenidən bir arada - ADPU-da məzunlarla görüş

50 il sonra yenidən bir arada - ADPU-da məzunlarla görüş 50 il sonra yenidən bir arada - ADPU-da məzunlarla görüş

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində 1974-cü ilim məzunları ilə 50 il sonra  ilk dəfə görüş keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Giriş sözü ilə çıxış edən məzun Əlvi İbrahimov  müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və  şanlı Azərbaycan ordusunun qüdrəti ilə  2020-ci ildə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında  Azərbaycan dövlətinin qazandığı qələbələrə diqqət çəkib.

ADPU-nun Tədris departamentinin Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri  Könül  Əsgərova məzunları salamlayaraq onlara cansağlığı arzulayıb, universitetin  qocaman məzunları ilə  fəxr etdiyini bildirib.

Sonra çıxış edən məzunlardan Zeynəb Nəbiyeva və 152 nömrəli məktəbin keçmiş direktoru Sevil Bayramova  və Nərgiz Namazova təəssüratlarını bölüşüblər.

Məzunlar belə tədbirlərin davamlı olmasını arzulayıb, bu kimi təşəbbüs və imkan üçün universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Sonra xanım məzunlara güllər  paylanılmış, məzunlar 50 il öncə dərs keçdikləri auditoriyalara yenidən daxil olaraq partalar arxasında əyləşmiş, müəllimlər simvolik dərslər keçmişlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media