https://innews.media/uploads/news/2024-05/_innews_c7e9a6895f15394f37702bc96_o.jpg
Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancar AMEA-nın dəvətilə Azərbaycana səfərə gəlib.
Aziz Sancar səfərinin ilk günündə Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət edib.
Aziz Sancarı ziyarət zamanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Alaverdi Aşırov müşayiət edib.