logo
Technofusion məlumatların idarə edilməsi üzrə ən son yenilikləri təqdim edib

Technofusion məlumatların idarə edilməsi üzrə ən son yenilikləri təqdim edib

Technofusion məlumatların idarə edilməsi üzrə ən son yenilikləri təqdim edib Technofusion məlumatların idarə edilməsi üzrə ən son yenilikləri təqdim edib

Müştərilərə yüksək keyfiyyətli İT həlləri təqdim edən Technofusion MMC-nin təşkilatçılığı ilə bu gün Bakıda məlumatların saxlanılması və idarə edilməsi mövzusuna həsr edilmiş tədbir keçirilib.

NetApp şirkətinin və MUK şirkətlər qrupunun dəstəyi ilə baş tutan texnoloji sessiyada  iştirakçılara məlumatların idarə edilməsi sahəsində ən son tendensiyalar  və texnoloji həllər barədə məlumat verilib, məhsul xəttindəki yeniliklər təqdim edilib, həmçinin müştərilərin cari problemləri və problemlərin həllinə yanaşmalar müzakirə olunub. Bundan başqa, məlumatların saxlanılması və idarə olunması texnologiyaları üzrə qlobal lider NetApp şirkətinin mütəxəssisləri öz ekspert biliklərini bölüşüblər. İndiki dövrdə məlumatların innovasiya və tərəqqiyə təkan verən əvəzolunmaz aktivə çevrildiyini deyən mütəxəssislər bildiriblər ki, şirkətlər uğurlu məlumat idarəetmə sayəsində əməliyyatlarını sadələşdirə, qərarların qəbul edilməsini sürətləndirə və xərclərini azalda bilərlər.  

Tədbirdə çıxış edən NetApp şirkətinin texniki direktoru Roman Royfman NetApp texnologiyalarının tətbiqinin şirkətlərə məlumatların strateji aktiv kimi potensialından istifadə etmək imkanı verdiyini vurğulayıb.

“Biz “Planetin ən təhlükəsiz saxlama sistemi” şüarına sadiq qalaraq uğurlar qazanmaqda və dinamik inkişaf etməkdə şirkətlərə dəstək olmağa davam edirik”, - deyə o qeyd edib.

Technofusion şirkəti haqqında:

Technofusion şirkəti 2016-cı ildə yaradılıb və o vaxtdan etibarən Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrində müştərilərə yüksək səviyyəli inteqrasiya və məsləhət xidmətləri təqdim edir. Şirkət müştərilərə vaxta qənaət edən, gəlirliliyi və səmərəliliyi artıran İT həlləri təklif edir.  Onun dünyanın aparıcı informasiya kommunikasiya texnologiyaları təchizatçıları olan Microsoft Oracle, Cisco, Dell, Huawei, NetApp və s. ilə tərəfdaşlıq əlaqələri mövcuddur. Şirkətin fəaliyyəti, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı saytından, həmçinin LinkedInFacebook və İnstagram səhifələrindən əldə edə bilərsiniz.

NetApp şirkəti haqqında:

NetApp məlumatların saxlanılması və idarə olunması texnologiyaları üzrə dünya lideridir. Şirkət təşkilatlara məlumatları idarə etmək, saxlamaq, qorumaq və təhlil etmək, İT proseslərinin səmərəliliyini, etibarlılığını və təhlükəsizliyini təmin etməkdə kömək edən innovativ məhsul və xidmətlər təklif edir.

MUK şirkətlər qrupu haqqında:

MUK şirkətlər qrupu 1997-ci ildə fəaliyyətə başlayıb. Onun əsas fəaliyyət istiqaməti informasiya texnologiyaları sahəsində dünyanın aparıcı istehsalçılarının kompleks həllərini və avadanlıqlarını paylamaqdır.

MUK şirkətlər qrupu öz dilerləri üçün bir sıra əlavə xidmətlər təqdim edir ki, bu da bizə ondan əlavə dəyər distribütoru (VAD) modelini inkişaf etdirən və Moldova, Sloveniya, Ukrayna, Balkanlar, Qafqaz və Orta Asiya ölkələrində diler şəbəkəsi vasitəsilə satış həyata keçirən unikal distribütor kimi danışmağa imkan verir.

Şirkətin daim genişlənən portfelinə fasiləsiz enerji təchizatı sistemləri, kompüter, aktiv və passiv şəbəkə avadanlıqları istehsalçıları, həmçinin istənilən miqyasda və mürəkkəblikdə İT infrastrukturunun qurulması üçün proqram tərtibatçıları da daxil olmaqla 50-dən çox A kateqoriyalı qlobal brend ilə müqavilələr daxildir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin