logo
Türkiyə Böyük Millət Məclisinin deputatları Nizami Muzeyinin qonağı olublar

Türkiyə Böyük Millət Məclisinin deputatları Nizami Muzeyinin qonağı olublar

Türkiyə Böyük Millət Məclisinin deputatları Nizami Muzeyinin qonağı olublar Türkiyə Böyük Millət Məclisinin deputatları Nizami Muzeyinin qonağı olublar

Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmud Özer, komissiyanın üzvləri Nazim Maviş, Mehmet Emin Öz, Nurten Yontar, Şenol Sunat, komissiyanın eksperti Murat Süt, qanunvericilik üzrə ekspert Murat Eker, parlamentin protokol şöbəsinin əməkdaşı İsmail Hakkı Ünlü  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Nümayəndə heyətini muzeyin direktoru, Milli Məslisin deputatı, akademik Rafael Hüseynov qarşılayaraq onları muzeyin ekspozisiya zalları ilə tanış edib, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri və türkdilli xalqların qədim yazılı abidələri haqqında ətraflı məlumatlandırıb. Qonaqlar Nizami muzeyinin zəngin ekspozisiyasını maraqla seyr ediblər. Sonra Rafael Hüseynov türkiyəli millət vəkillərini muzeyin İstiqlal zalı ilə tanış edib, onlara Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının bu məkanda öz iclas və görüşlərini keçirdiklərini və bu möhtəşəm salonun onların əziz xatirəsinə görə “İstiqlal zalı” adlandırıldığını bidirib.

Türkiyə Böyük Millət Məclisinin komissiya sədri Mahmud Özer Azərbaycan və Türkiyə arasında dostluq əlaqələrinin hər gün daha da möhkəmlənməsindən danışaraq iki qardaş ölkəni ortaq ədəbi-mədəni dəyərlərin birləşdirdiyini vurğulayıb.

Sonda nümayəndə heyətinin üzvləri səmimi qarşılanma və ekskursiya üçün muzey rəhbərliyinə minnətdarlıqlarını bildirərək muzeyin “Rəy kitabı”nda öz təəssüratlarını bölüşüblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media