logo
ADPU-da “STEAM FABLAB” sərgi-yarmarkası keçirilib

ADPU-da “STEAM FABLAB” sərgi-yarmarkası keçirilib

ADPU-da “STEAM FABLAB” sərgi-yarmarkası keçirilib ADPU-da “STEAM FABLAB” sərgi-yarmarkası keçirilib

Mayın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin təşkilatçılığı ilə “STEAM FABLAB” sərgi-yarmarkası keçirilib.

Sərgidə Fizika fakültəsinin tələbələrinin STEAM Mərkəzində hazırladıqları əl işləri nümayiş olunub, həmçinin satışı təşkil olunub.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov, eləcə də ADPU-da səfərdə olan Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova və Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldız, Ankara Universitetinin rektoru Necdet Ünüvar və Hacəttəpə Universitetinin rektoru Mehmet Cahit Güran sərgi-yarmarkaya baxış keçiriblər.

ADPU-nun professor-müəllimləri, əməkdaşları və tələbələri sərgi-yarmarkada təqdim olunan müxtəlif əl işlərini maraqla qarşılayıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media