logo
Vüqar İskəndərov: Ermənistan müharibə istəsə layiqli cavabını alacaq

Vüqar İskəndərov: Ermənistan müharibə istəsə layiqli cavabını alacaq

Vüqar İskəndərov: Ermənistan müharibə istəsə layiqli cavabını alacaq Vüqar İskəndərov: Ermənistan müharibə istəsə layiqli cavabını alacaq

44 günlük Vətən müharibəsinən sonra Azərbaycan bölgədə yeni siyasi, iqtisadi arxitektura formalaşdırır. Təbii ki,bu yeni düzənin tərəfi Azərbaycandır, Azərbaycanla olan həmrəy dost ölkələrdir. Əsasən burda bu böyük qələbəmiz bizi Müzəffər bir xalq etdi.

Bu fikirləri Millət vəkili Vüqar İsgəndərov Rezonans.az-a açıqlamasında bildirib ki, Azərbaycan Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında şanlı qəhrəman ordumuz düşmənə ağır zərbələr endirdi və bu gün artıq Azərbaycan tək bölgədə yox dünyada sayılıb, seçilən söz sahibi olan ölkələr siyahısındadır.Təbii bu yeni müharibə dövründə Azərbaycan bölgədə tarixi sülhün əldə edilməsi üçün beş baza prinsipinə əməl edib. Bundan öncə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri Moskvada, Brüsseldə çox görüşlər keçiriblər və bu görüşlərdə müvafiq bəyanatlar verilib və Azərbaycan həmişə olduğu kimi bütün öhtəliklərinə sadiqdir və ölkəyə sülhün tərəqqiyə və əmin-amanlığın gəlməsi üçün əlindən gələni edir. Ermənistan tərəfi isə hələdə məkrli siyasət həyata keçirməklə məşğuldur. 10 noyabr bəyanatı Moskvada, Soçidə, Brüsseldə bəyan olunmuş bəyanatdakı müddəaları hələdə Ermənistan tərəfininən ləngidilir. Belə ki,ölkə prezidenti İlham Əliyev dəfələrlə Ermənistana xəbərdarlıq etmişdir ki, bizim səbrimiz sonsuz deyil və Ermənistan bu haqda dərindən düşünməlidir. Ermənistanla daxili siyasətdə də gərginlik var ölkədə revanşes qüvvələr baş qaldırır hərbi siyasi digər revanşist əhval ruhiyyədə bəyanatlar verərək təsir göstərməyə çalışırlar.

Son günlər dövlət sərhədimizdə terrorun törədilməsi və bir əsgərimizin şəhid olması ilə bağlı Azərbaycan tərəfi "Qisas" antiterror əməliyyatı keçirir və həmişə olduğu kimi bu dəfədə Azərbaycan ordusu düşmənə ağır zərbə endirdi və düşmənin postları ələ keçirildi, bir çox hərbi avadanlıqları dağıdıldı canlı qüvvəsi məhv edildi və bu Ermənistana bir növ xəbərdarlıq mesajıdır ki,onlar belə təxribat fəaliyyətilə məşğul olmasınlar və Azərbaycanın irəli sürdüyü sülh təklifinə adekvat cavab versinlər. Azərbaycan işğaldan əldə edilmiş bölgəmizdə, tikinti yenidən qurma, abadlıq bərpa işləri ilə məşğuldur. Biz öz torpağımızı yenidən qurub tikirik və bu məsələdə Azərbaycanla dost ölkələrdə var. Azərbaycan bir mənalı Ermənistana da sülh əlini uzadır və Ermənistanla bunu qarşılıqlı olaraq gözləyirik. Əgər Ermənistan bunu istəmirsə, getmək istəsə belə təbii ki, layiqli və lazımlı cavabını alacaqlar. Azərbaycanın Şanlı ordusu Ermənistanın başını əzəcək.

Biz rəsmi Bakı hal hazırda müharibəni yox sülhün tərəfdarıdır, bölgədə sülh olmasını hazırlayır və bunun üçün bütün hərbi,siyasi diplomatik əlaqələrindən istifadə edir və Cənab Prezident bu mənada hər dəfə çıxışlarında bunu söyləyir ki, biz müharibə istəmirik istəyirik ki bölgəyə sülh gəlsin. Əlbəttə ki, Ermənistan müharibə istəsə layiqli cavabını alacaq amma onan sonra Ermənistanın bir dövlət kimi mövcud olması sual altında düşə bilər bunu ücün Ermənistan dərindən düşünməli effektiv sülh tədbirləri həyata keçirməli və bundan sonra isə hər iki ölkə sərhədlər delimitasiya olunmalı və sonunda artıq biz bölgədə sülhdən danışa bilərik. Hal hazırda Azərbaycan bunları gözləyir, təkrar edirəm ki, əks halda Ermənistan nə istəyirsə onuda alacaq və Azərbaycanın buna gücü və potensialı.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media