https://innews.media/uploads/news/2024-05/_innews_20fcde4d4e6931f6d768427d5_o.jpg
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun, Belçikanın ölkəmizdəki səfirliyinin və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təşkilatçılığı ilə Avropa və Cənubi Qafqaz perspektivindən iqlim fəaliyyətləri üçün imkanlar və çətinliklər mövzusunda seminar keçirilib.
Tədbirdə davamlı gələcək, yaşıl iqtisadiyyat, enerji və iqlim məsələləri müzakirə edilib.
Seminarda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Belçika Krallığının Azərbaycandakı səfiri Mişel Pitermans, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbərinin müavini Zoltan Salay, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov iştirak ediblər.
Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə ADA Universitetində COP29 və Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iqlim dəyişikliyi ilə bağlı iyirmiyədək tədbirin keçirildiyini vurğulayıb. Dr. İsmayılzadə, COP29-un sülh təşəbbüslərini irəli sürə bilmək üçün əvəzsiz platforma olduğunu bildirib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov çıxışında qeyd edib ki, iqlim dəyişikliyinə qarşı mübarizəni Azərbaycan dövləti hər zaman diqqət mərkəzində saxlayıb, neft və qaz ölkəsi olmasına baxmayaraq, yaşıl enerji ilə bağlı öhdəliklərini hər zaman layiqincə yerinə yetirib.
Çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevan COP29-u tərəfləri bir araya gətirən, onlara mürəkkəb qərarlar qəbul etmək üçün platforma təqdim edən tədbir kimi qiymətləndirib. O qeyd edib ki, bu konfrans çətin geosiyasi vəziyyətdə baş verir. Gənclərin bizim gələcəyimiz olduğunu vurğulayan Vladenka Andreyeva bu konfransda onların iştirakıının əhəmiyyətindən danışıb.
COP29-un Azərbaycan üzrə “Gənclər və İqlim Çempionu” Leyla Həsənova seminarda çıxış edərək uşaqlar və gənclərin iqlim dəyişikliyi və təbiətin qorunmasıyla bağlı məlumatlandırılmasının və tədris olummasının əhəmiyyətini vurğulayıb.
Belçika Xarici İşlər Federal Dövlət Xidmətində Ətraf Mühit və İqlim Siyasəti Əməkdaşlığı üzrə direktor müavini Ulrik Lenerts ölkəmizdə keçiriləcək COP 29-a hazırlıq proseslərini yüksək qiymətləndirib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Macarıstan heyətinin rəhbəri Veronika Bagi Azərbaycanın COP 29-la bağlı digər ölkələrlə danışıqlar apararaq böyük öhdəliyi üzərinə götürdüyünü söyləyib. O bildirib ki, COP29-a ev sahibliyi edən ölkə COP28 və COP 30 ölkələriylə sıx əməkdaşlıq etməlidir.Gənclərin bu məsələdə əhəmiyyətini vurğulayan xanım Veronika iqlim dəyişikliyiylə bağlı yaşlıların da gənclərdən nələrisə öyrənməli olduğunu bildirib.
Gürcüstanın İlya Universutetinin dosenti və Energetika üzrə tədqiqatlar mərkəzinin rəhbəri Murman Marqvelaşvili Yaşıl Energetikanın potensialından danışaraq yaşıl energetikanın Avropa İttifaqı ölkələlərinin bu sahədə olan çağırışlarına həll yolu ola biləcəyini söyləyib.
O iqlim fəaliyyəti üzrə əməkdaşılığın əhəmiyyətindən danışıb.
Daha sonra ekspertlər iştirakçıların suallarını cavablandırıblar.
Tədbir panel sessiyalarla davam edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin