https://innews.media/uploads/news/2024-05/_innews_801eeb8faa8536a8108e332ec_o.jpg
13-14 may tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində Təlim–Tədris Mərkəzi ilə birgə Türkiyənin Bağçaşəhər Universitetinin Konservatoriyasının professoru Hyun Sook Tekinin “Fortepiano ifaçılığı və pedaqogika” mövzusunda konsert proqramı və elmi seminarı təşkil olunub.
Tədbirin açılışında Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri, dosent Laçın Həsənova qonağı salamlayaraq, fakültənin “musiqi müəllimliyi” ixtisası üzrə təhsil verən professor- müəllim heyəti, tələbələr və təhsil sistemi barəsində məlumat verib.
İlk gün xüsusi konsert proqramı ilə çıxış edən professor Tekin, tədbirin ikinci gününün ilk hissəsində fakültənin “musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələri üçün ustad dərsi, daha sonra fakültənin müvafiq kafedrasının müəllimləri üçün elmi seminar keçib.
Ən son xəbərləri səhifəmizdən də izləyin