logo
Valideynlərin nəzərinə!

Valideynlərin nəzərinə!

Valideynlərin nəzərinə! Valideynlərin nəzərinə!

2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Qəbul prosesi elektron qaydada www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Elektron portalda 1 may saat 11:00-dan uşaqların qeydiyyatı, 3 may tarixindən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb və müəllim seçimi) həyata keçirilir.

Hazırda növbəti tədris ili üzrə bəzi ümumi təhsil məktəblərində açılmış siniflərdə şagird yerləri tutulduğundan alternativ olaraq yaxınlıqdakı bir sıra ümumi təhsil müəssisələri müəyyən edilib.

Həmin ümumi təhsil məktəblərinin siyahısını təqdim edirik:

I sinfə qəbul üzrə şagird yerləri tutulan məktəblər Alternativ olaraq müəyyən edilmiş məktəblər
104 nömrəli tam orta məktəb 146 və 318 nömrəli tam orta məktəblər
145 nömrəli tam orta məktəb 229 və 238 nömrəli tam orta məktəblər
160 nömrəli Klassik Gimnaziya 8 nömrəli tam orta məktəb
177 nömrəli tam orta məktəb 34 və 202 nömrəli tam orta məktəblər
218 nömrəli tam orta məktəb 218 nömrəli tam orta məktəbin filialı
269 nömrəli tam orta məktəb 48 və 98 nömrəli tam orta məktəblər
336 nömrəli tam orta məktəb 286 və 308 nömrəli tam orta məktəblər
81 nömrəli tam orta məktəb 75 və 307 nömrəli tam orta məktəblər
88  nömrəli tam orta məktəb 121  nömrəli tam orta məktəb
28 nömrəli tam orta məktəb 22 nömrəli tam orta məktəb

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media