https://innews.media/uploads/news/2024-05/_innews_226e53aaa607ad8c849753fbc_o.jpg
“Edutime” Təhsil və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə İtaliya, Avstriya və Macarıstanda “Təhsil İşçilərinin Avropa Peşə - Təcrübə Proqramı” baş tutub.
innews.media xəbər verir ki, proqram iştirakçıları İtaliyanın paytaxtı Roma şəhərində İtaliya Mediasiya Mərkəzində qonaq olublar. Tədbirdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov mediasiyanın önəmi haqda danışıb. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunundan danışan deputat bildirib ki, Azərbaycan qısa müddət ərzində mediasiya sahəsində çox böyük uğurlar əldə edib. Deputat eyni zamanda Azərbaycanda həyata keçirilən təhsil islahatları haqda da geniş məlumat verib.
Daha sonra İtaliya Mediasiya Mərkəzinin rəhbəri Leonardo D’Urso Azərbaycandan gələn təhsil işçilərinə “Təhsildə mediasiya” mövzusunda təlim keçib. Sonda iştirakçılara mərkəzin beynəlxalq sertifikatları təqdim edilib.
Qeyd edək ki, tədbir Azərbaycan Mediasiya Şurasının dəstəyi ilə baş tutub.
Ən son xəbərləri səhifəmizdən də izləyin