https://innews.media/uploads/news/2024-05/_innews_4b6115f10decf0a9fbc80380a_o.jpg
06 may 2024-cü il tarixində Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublkası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi anılıb.
Rəsmi hissədə məktəbin direktoru Xəyal Nağıyev, Körpələr evinin müdiri Afət Cəfərova çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.
Tədbir məktəbin müəllim və şagirdlərinin ifasında vətənpərvər mahnılardan ibarət geniş konsert proqramı ilə davam etdirilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin