https://innews.media/uploads/news/2024-04/_innews_914d13b3934e82e997606d0d5_o.jpg
“Nə anam, nə bacım, nə qardaşım, hətta öz ailəm belə uğurlarıma atam kimi təmənnasız sevinmir”.
Bu sözləri AZXEBER.COM- açıqlamasında aktyor Cavidan Novruz deyib.
Atasını göz yaşları içində xatırlayan aktyor, onun dostlarının vəfasızlığından şikayətlənib:
“Bu mövzu mənim çox həssas nöqtəmdir. Nə deyə bilərəm? Kaş ki, bu teatrda işləyən bəzi aktyorlar da onun kimi olaydı. Ölümü çox gözlənilməz oldu. Böyük bir itki oldu mənim üçün. Saçım, saqqalım ağardı, həyatdan qopdum. İndi toparlanıram, çalışıram həyatdan yapışım. İndi o atamın dost sandığı yaşlı aktyorlardan özümə qarşı elə hərəkətlər görürəm ki, düşünürəm insan oğlu nə qədər çiy olar? Saxta olar? Bu teatrda elə insanlar var ki, həqiqətən də çox nankor çıxdılar. Çox istədim ki, onlardan atamın iyini alım, çünki dost olublar. Amma gördüm ki, bu insanlar səhnədə belə quyumu qazmaqla məşquldurlar. Mənimlə ölən birinin ədavətini aparırsan?”
Daha sonra o, göz yaşları içində atasının son günlərini xatırlayıb:
“Heç kim inanmırdı ki, o vəfat edəcək. Mənə elə gəlirdi atam 80 yaşına kimi yaşayar. Bunu ilk dəfə sizə açıqlayacağam, indiyə kimi heç kim bilmir. Son günlər atamın ayaqları tutulmuşdu. Bunu qəbullana bilmirdi. Ona dedim ki, sənə araba alacağam, rahat özünü idarə edərsən. Mənə dedi ki, alma, ehtiyac yoxdur hər şey əla olacaq. Həmin günün axşamı komaya düşdü, iki gün sonra da vəfat etdi. Bir o şeyə şükür eirəm ki, əziyyət çəkmədi və tamaşaçı onu belə görmədi. Olur ki, kimsə dövlətdən yardım istəyir. Bir ona şadam ki, yaddaşlarda başqa cürə qaldı. Onu bir dəfə görmək şansım ols heç nə deməzdim, sadəcə möhkəm sarılaram. Çox darıxmışam onun üçün. Bu gün nə anam, nə qardaşım, bacım nə də öz ailəm, heç kəs uğurlarıma onun kimi təmənnasız sevinmir”.
Ən son xəbərləri səhifəmizdən də izləyin