https://innews.media/uploads/news/2024-04/_innews_f979e1d21f3476d29766952dc_o.jpg
Bəstəkar-müğənni Pərviz Mahmudov ARB telekanalında yayımlanan "ÖZƏL MEDİA" verilişində gözlənilən açıqlamanı etdi.
"Məni tanıyan dostlarım bilir ki, mən hər zaman dostlarımın yanındayam. Peşəmlə bağlı məsələlərdə kimsə hüquqlarımı pozarsa, keçmərəm. Şəxsən indiki halda Günay İbrahimli ilə heç bir problem yaşamıram. Münasibət normaldı. Şirkətlə yaşanan problemdi. Onlar elə düşünür ki bizdə hüquqlar qorunmur. Bilmirsizsə, bilin çox da gözəl qorunur. Onlar məni axtarmaqdan, mən onları axtardım. Müəllif hüquqları uğrunda ictimai birliyə təşəkkür edirəm. Aprelin 30-u üçüncü məhkəməmizdi. Şikayətim Günayla bağlı deyil".
Qeyd edək ki, sənətçilər arasında yaşanan problemə səbəb Günay İbrahimlinin Pərviz Mahmudovun bəstəsini reklam çarxlarının birində istifadə etməsi, ordan əldə olunan qazancdan bəstəkara çatmaması,həmçinin, bəstənin istifadəsi üçün icazə alınmaması olub.
Ən son xəbərləri səhifəmizdən də izləyin