https://innews.media/uploads/news/2024-04/_innews_4e876d7af40342097d9f9ff48_o.jpg
Müğənni Roza Zərgərli toyu 12 min manata idarə etdiyini açıqlayıb.
innews.media xəbər verir ki, müğənni bu barədə “Zarafat bir yana” proqramında qonaq olarkən danışıb.
Sənətçi yarım saatlıq çıxış üçün 5 min, bütov isə musiqiçi, rəqqaslarla birgə 12 min AZN qonorar istədiyini bildirib.
Bundan əlavə, R.Zərgərli auditoriyada ona sual verən şəxsin Murad Arifin 15 min, Miri Yusifin 8 minə toya getməsi barədə sorğusunu da cavablandırıb.
Müğənni onlar daxil, digər bir çox ifaçıların toy qiymətlərinin şişirdildiyini qeyd edib. O, münasib qiymətə məclislərə getdiyini söyləyib.
Ən son xəbərləri səhifəmizdən də izləyin