logo
AMEA Yüksək Texnologiyalar Parkı İstanbul şəhərində yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

AMEA Yüksək Texnologiyalar Parkı İstanbul şəhərində yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

AMEA Yüksək Texnologiyalar Parkı İstanbul şəhərində yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək AMEA Yüksək Texnologiyalar Parkı İstanbul şəhərində yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

AMEA Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov və Radiasiya Problemləri İnstitutunun aparıcı mühəndisi Namiq Heydərov Türkiyəyə səfər çərçivəsində İstanbul şəhərində yerləşən ən qabaqcıl texnoparklarda olublar.

İstanbul Texnik Universiteti Texnoparkının Baş direktoru, professor Atilla Dikbaş, Özyegin Universitetinin Bilik, Texnologiyaların Transferi və Sahibkarlıq Departamentinin rəhbəri İsmayıl Ari,  Bilişim Vadisinin Dizayn Mərkəzinin direktoru Pinar Sipahi, İstanbul Koç Universitetinin Texnologiyaların Transferi Mərkəzinin direktoru Ebru Tan və Yıldız Teknik Universitetinin Beynəlxalq və İnvestisiya Əlaqələri Departamentinin direktoru Baran Kılıçer ilə keçirilən görüşlərdə adı çəkilən qurumların fəaliyyətləri ilə bağlı təqdimatlar dinlənilib, müzakirələr aparılıb və əməkdaşlığa dair təkliflər səsləndirilib.

Həmçinin AMEA Yüksək Texnologiyalar Parkının inkişaf etdirilməsi, Azərbaycanda universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, Texnologiyaların Transferi Mərkəzlərinin əhəmiyyəti, İnkubasiya Mərkəzləri vasitəsilə ideyadan sahibkarlığa doğru irəliləməyin yollarına dair tövsiyyələr verilib.

Görüşlər zamanı Azərbaycanda innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində Türkiyənin aidiyyəti qurumlarının hər zaman birgə əməkdaşlığa hazır olduğu bildirilib. Nəticə olaraq YTP-nin İnkubasiya və Texnologiyaların transferi Mərkəzinin fəaliyyətini gücləndirmək məqsədilə  müxtəlif proqramlar vasitəsilə ideyası olan şəxslərin fərdi və qrup halında bu Mərkəz vasitəsiylə öz texnologiyalarını sənayeyə transfer etmələri, eləcə də sahibkarlğa dair mentorluq xidmətləri və digər təlimlərin verilməsi, əqli mülkiyyətlərin qorunması prosesi, Avropa Birliyi layihələrində birgə iştirak, prototip emalatxanasının qurulması və digər istiqamətlərdə  Türkiyənin adı çəkilən qurumları tərəfindən dəstəyinin verilməsinə dair razılıq əldə edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media