https://innews.media/uploads/news/2024-04/_innews_38759f02551ae9f70628446e9_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələri Nigar Rəhimli və Nihad Musayev Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Maarifçi” təcrübə-təqaüd proqramının qalibi olublar.
Proqrama 2000 müraciətçi arasından 28 qalib tələbə seçilib. Müsabiqə sənədlərin yoxlanması, test və müsahibə olmaqla 3 mərhələdə keçirilib. Qaliblər Elm və Təhsil Nazirliyində və onun qurumlarında təcrübə keçmək, aylıq təqaüd almaq şansı qazanıblar.