logo
Dövlət Komitəsində əməkdaşlar üçün təlim keçirilib

Dövlət Komitəsində əməkdaşlar üçün təlim keçirilib

Dövlət Komitəsində əməkdaşlar üçün təlim keçirilib Dövlət Komitəsində əməkdaşlar üçün təlim keçirilib

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ADA Universitetinin dəstəyi ilə Təqdimat metodologiyası və məlumat yığımı üsullarına həsr olunmuş təlim təşkil edilib.

Təlimin məqsədi Komitənin müxtəlif struktur bölmələrinin əməkdaşlarının məlumatların toplanması və sorğuların aparılması üzrə bilik və vərdişlərinin təkmilləşdirməkdir.

ADA Universitetinin dosenti Anar Vəliyevin moderatorluğu ilə keçirilən təlimdə məlumatın növləri, keyfiyyət göstəriciləri, sorğunun keçirilməsində istifadə edilən əsas alətlər  ilə bağlı praktik və nəzəri məlumtalar verilib.

Təlimdə mövzu ilə əlaqədar müzakirələr aparılıb, komitə əməkdaşlarının sualları cavablandırılıb.

Müvafiq mövzuda təlimlərin silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media