logo
"Peşəkar idmançı kimi də birinci titulumdur": Juninyo

"Peşəkar idmançı kimi də birinci titulumdur": Juninyo

"Peşəkar idmançı kimi də birinci titulumdur": Juninyo "Peşəkar idmançı kimi də birinci titulumdur": Juninyo

"Qarabağ"ın hücumçusu Olavio Juninyo Premyer Liqanın 28-ci turunun "Kəpəz"lə matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Braziliyalı futbolçu ona təkliflərin olub-olmamasına da aydınlıq gətirib:

“Qarabağ"da ilk titulumla yanaşı, elə peşəkar idmançı kimi də birinci titulumdur. Bu da mənə əlavə sevinc bəxş edir. Hər mövsümdən öncə klub qarşısına hədəflər qoyur. Bu da görülən işlərin nəticəsidir. Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim. Amma planımızda var idi.

Fransa klublarından təkliflə bağlı heç bir məlumatım yoxdur. Əgər varsa da, agentim bu işlərlə məşğul olur. Gələcək və özü mənə lazım olan məlumatları verəcək. Şəxsən mənim özüm heç bir məlumata sahib deyiləm”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media