https://innews.media/uploads/news/2024-03/_innews_4f36f84849e4f1d0c8b963082_o.jpg
Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində “Mən rəhbər olsam 4” layihəsi keçirilib. Layihə çərçivəsində fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli tələbələrin uyğun vəzifələr üzrə iş fəaliyyətlərini müşahidə edib, “tələbə rəhbər”lərlə müzakirələr aparıblar.
Qeyd edək ki, layihə çərçivəsində tələbələr arasında keçirilən səsvermənin nəticələrinə əsasən səs çoxluğu ilə Nərmin Həsənova dekan, Orxan Məmmədli dekan müavini, Nərmin Əlihəsənova Ümumi fizika kafedrasının müdiri, Səma Şahverdiyeva Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri, Aydan Quliyeva STEAM Mərkəzinin direktoru, Qaratel Məsimova isə Texnologiyanın tədrisi kafedrasının müdiri vəzifəsinə seçiliblər.
Tələblər bir iş günü ərzində müvafiq vəzifələri icra ediblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin