https://innews.media/uploads/news/2022-07/_innews_19a7ef6b5cf26c4be66be8bc1_o.jpg
Ukraynanın cənubunda Rusiyanın 66 hərbçisi zərərsizləşdirilib.
innews.media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Cənub Ordu Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Ukrayna aviasiyası Rusiya ordusunun Xersondakı 5 dayaq məntəqəsinə sarsıdıcı zərbələr endirib.
Ümumilikdə isə ölkənin cənubunda sutka ərzində 66 hərbçi, 3 T-72 tankı, 3 haubitsa, 3 minadüzən texnika və 3 avtomobil məhv edilib.