logo
Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının və Dövlət Dumasının sədrlərinə başsağlığı verib

Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının və Dövlət Dumasının sədrlərinə başsağlığı verib

Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının və Dövlət Dumasının sədrlərinə başsağlığı verib Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının və Dövlət Dumasının sədrlərinə başsağlığı verib

Martın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin  Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.

Parlamentin sədri “Krokus Siti Holl” konsert zalında baş vermiş faciəvi hadisələr nəticəsində dinc sakinlərin həlak olmasından sarsıldığını və kədərləndiyini  bildirib. Məktublarda Milli Məclisin sədri bu dəhşətli terror aktını şiddətlə qınayıb, bu hadisəylə bağlı öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından bütün Rusiya xalqına, Federasiya Şurasının və Dövlət Dumasının üzvlərinə, həlak olanların doğmalarına başsağlığı verib,  xəsarət alanlara şəfa diləyib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin