logo
Reqbi Federasiyasına yeni prezident seçilib

Reqbi Federasiyasına yeni prezident seçilib

Reqbi Federasiyasına yeni prezident seçilib Reqbi Federasiyasına yeni prezident seçilib

Azərbaycan Reqbi Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Yığıncaqda Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib. Röyal Süleymanov Azərbaycan Reqbi Federasiyasının prezidenti seçilib.

Həmçinin Ernesto Ferlenq birinci vitse-prezident, Səbuhi Qarayev vitse-prezident, Raqif Hüseynli və Vaqif Səadətxan təşkilatın İdarə Heyətinə üzv seçiliblər.

Sonda federasiyanın prezidenti R.Süleymanov, təşkilatın birinci vitse-prezidenti E.Ferlenq və İdarə Heyətinin üzvü Vaqif Səadətxan çıxış edərək, göstərilən etimada görə federasiya üzvlərinə təşəkkür edib və qurumun bundan sonrakı fəaliyyəti, qarşıdakı planları barədə danışıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media