https://innews.media/uploads/news/2024-03/_innews_435c007460feeee65132a8a11_o.jpg
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin klub-icma mərkəzində Novruz bayramı münasibətilə şənlik və bayram konserti təşkil olunub.
Klub-icma mərkəzdə təşkil olunmuş tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında müxtəlif musiqi parçaları səsləndirilib.
Novruzun əsas atributları olan Keçəlin duzlu-məzəli zarafatları, Bahar qızının iştirakı ilə ruh yüksəkliyi yaradıb. Bayram şənliyi sakinlər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb
Uşaqların üz boyanması ilə sonlanan tədbir onların bayram əhvali-ruhiyyəsini daha artırıb, bu günü onlar üçün unudulmaz edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin