logo
Pedaqoji Universitetin strukturlarında Novruz tədbirləri

Pedaqoji Universitetin strukturlarında Novruz tədbirləri

Pedaqoji Universitetin strukturlarında Novruz tədbirləri Pedaqoji Universitetin strukturlarında Novruz tədbirləri

Bakıdakı 5 tədris binası, bölgələrdəki 5 filialı ilə ölkəmizin ən böyük şəbəkəyə malik ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müxtəlif strukturlarında Novruz bayramı münasibəti ilə çeşidli tədbirlər təşkil olunub.

İncəsənət və fiziki tərbiyə fakültəsində keçirilən Novruz bayramı şənliyində fakültə tələbələrinin ifasında mahnı və rəqslər səsləndirilib, bayramın rəmzləri olan Kosa, Keçəl və Bahar qızı ilə bağlı səhnəciklər canlandırılıb.

ADPU-nun SABAH qruplarında isə İBT 301S qrupunun təşkilatçılığı ilə “Bir  Novruz nağılı” adlı tədbir keçirilib. Tədbirdə tələbələr Novruzun əsas atributları olan Bahar qızı, Kosa və Keçəllə yanaşı digər nağıl qəhrəmanları - Qırmızı papaq, Həccə gedən tülkü, Cırtdan, Tıq-tıq xanım və Siçan bəy rollarını da canlandırıblar.

ADPU-nun Quba filialı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində Quba Uşaq Musiqi Məktəbi və Quba Uşaq İncəsənət Məktəbi, GİKM-in Quba-Xaçmaz Regional nümayəndəliyi və “Qafqaz TV”-nin birgə təşkilatçılığı ilə Quba filialında Novruz bayramına həsr edilmiş “Novruz həmrəyliyi” adlı tədbir keçirilib.

Tədbirdə müvafiq qurumların rəhbərləri ilə yanaşı, şəhid ailələri, qazilər, qonaqlar, filialın professor-müəllim kollektivi və tələbələri iştirak ediblər.

Novruz oyunlarından olan oxatma, qol gücü, ipdartma, kötük oyunu ilə başlayan tədbirdə tələbələrin əl işlərindən ibarət xonça və rəsm sərgiləri nümayiş etdirilib. Musiqili proqram və müxtəlif ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Pedaqoji Universitetin Şamaxı filialında da Novruz bayramı münasibəti ilə şənlik keçirilib. Şənlikdə filial rəhbərliyi və tələbələr iştirak edib. Tələbələr qalanan bayram tonqalı ətrafında  yallı gedib, müxtəlif Novruz adətləri və personajları nümayiş olunub.

ADPU-nun Şəki filialında tələbə qrupları arasında “Ən yaxşı Novruz xonçası” adlı baxış-müsabiqə təşkil olunub. Münsiflər tərəfindən seçilən ən yaxşı bayram xonçalarını hazırlamış qruplar I, II və III dərəcəli diplomlarla mükafatlandırılıb. Sonra isə şəhid ailələri ziyarət olunub, tələbələrin hazırladığı 30-a yaxın Novruz xonçası müəllim və tələbələrin iştirakı ilə Şəki şəhərindəki Vətən müharibəsi şəhidlərinin ailələrinə təqdim olunub.

Filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ili tələbələri isə internaturada olduqları Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə Novruz şənliyi təşkil ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media