logo
Media materiallarında uşaq hüquqlarının pozulması halları ilə bağlı müzakirə keçirildi - FOTO

Media materiallarında uşaq hüquqlarının pozulması halları ilə bağlı müzakirə keçirildi - FOTO

Media materiallarında uşaq hüquqlarının pozulması halları ilə bağlı müzakirə keçirildi - FOTO Media materiallarında uşaq hüquqlarının pozulması halları ilə bağlı müzakirə keçirildi - FOTO

15 mart 2024-cü il tarixdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən Masallıda yerləşən D.Əliyeva adına Azərbaycan Qadınlarının Müdafiəsi Cənub Regional Şöbəsinin ofisində “Media materiallarında uşaq hüquqlarının pozulması və özəl həyat hüququ” ilə bağlı focus qrup müzakirələri keçirildi.

Masallı rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlar üzrə bölməsinin İnspektoru, yerli mediatorlar, vəkillər, və QHT-lərin iştirakı ilə keçirilən görüşdə Ramil İskəndərli və layihə eksperti Fariz Əkbərov Azərbaycanda hüquq sistemində uşaqlara həssas yanaşması məsələlərinin təhlili məqsədilə regionda praktiki vəziyyətlə bağlı müzakirələr aparmışlar.

Tədbirdə eyni zamanda yerli QHT-lər tərəfindən uşaqların zərərli informasiyadan qorunması, məxfilik və özəl həyat hüququ və digər uşaq hüquqları məsələləri barədə geniş fikir mübadiləsi aparılmışdır.  

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı" layihəsi çərçivəsində 2023-cü il noyabr ayından etibarən "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi tərəfindən "Azərbaycanda Yuvenal Ədliyyə Sistemində İslahatlara Vətəndaş Cəmiyyətinin Dəstəyi" təşəbbüsü həyata keçirilməkdədir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media