logo
BDU-da Beynəlxalq Pi Günü qeyd olunub

BDU-da Beynəlxalq Pi Günü qeyd olunub

BDU-da Beynəlxalq Pi Günü qeyd olunub BDU-da Beynəlxalq Pi Günü qeyd olunub

"BDU könüllüləri" təşkilatının nəzdində fəaliyyət göstərən "Math-Physics" klubunun təşkilatçılığı, Mexanika-riyaziyyat və Fizika fakültələrinin müəllim və tələbələrinin iştirakı ilə 14 mart - Beynəlxalq Pi Gününə həsr olunmuş tədbir keçirilib.

Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev və Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev tələbələrə Pi ədədinin önəmindən danışıblar. Qeyd ediblər ki, Pi ədədinin ən çox istifadə olunan yuvarlaqlaşdırılmış qiyməti 3,14-dür.

Bu gün ilk dəfə 1988-ci ildə fizik Larri Şounun San-Fransiskodakı Exploratorium elm muzeyində qeyd olunub. 2009-cu ildə ABŞ Konqresinin Nümayəndələr Palatası riyaziyyat və elmə marağı daha çox stimullaşdırmaq üçün hər il martın 14-nü Beynəlxalq Pi Günü elan edib. Pi çevrənin uzunluğunun onun diametri ilə nisbətinə bərabər olan riyazi sabitdir.

Sonra "Math-Physics" klubunun sədri Elvira Hüseynzadə, Mexanika-riyaziyyat və Fizika fakültələrinin I kurs tələbələri Reyhan Əsədullayeva, Aydan Rüstəmova "Pi ədədinin yaranma tarixi", "E ədədi" mövzularında təqdimatlar ediblər.

Tədbirdən sonra tələbələr arasında intellektual yarış keçirilib və qaliblərə sertifikatlar təqdim edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media