logo
Novruz bayramı münasibəti ilə "Yaşıl dünyanın naxışları" adlı rəsm və əl işləri sərgisi - FOTO

Novruz bayramı münasibəti ilə "Yaşıl dünyanın naxışları" adlı rəsm və əl işləri sərgisi - FOTO

Novruz bayramı münasibəti ilə "Yaşıl dünyanın naxışları" adlı rəsm və əl işləri sərgisi - FOTO Novruz bayramı münasibəti ilə "Yaşıl dünyanın naxışları" adlı rəsm və əl işləri sərgisi - FOTO

Bu gün saat 12:00-da Xətai Sənət Mərkəzində, YAP Xətai rayon təşkilatı və “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Yaşıl dünyanın naxışları” adlı rəsm və əl işləri sərgisi keçirildi.

Sərgiyə Yeni Azərbaycan  Partiyası Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağaəli İbrahimov dəvət olunmuşdur.

Sərgidə  Mərkəzin dərnək  üzvləri  Novruz adət-ənənələrini, atributlarını özündə əks etdirən maraqlı əl işləri və  rəsm əsərləri nümayiş etdirdilər. “Təsviri incəsənət” dərnəyinin üzvlərinin çəkdikləri rəsmlərdə baharın gəlişi, təbiətin canlanması, torpağın oyanışı əks olunmuşdur. Mərkəzin əl işləri dərnəklərinin balaca üzvləri isə "Novruz”un atributlarını, ölkəmizin sənətkarlıq ənənələrini əks etdirən əl işləri hazırlamışdılar.

Həmçinin “Aktyor sənəti” dərnəyinin üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış etdi. Bayram ab-havası ilə keçən sərgidə "Təbəssüm" rəqs qrupu maraqlı  rəqs nömrələri ilə çıxış etdi.

Sonda dərnək üzvləri sərgidə fəal iştirak etdiklərinə görə Diplomlarla ilə təltif olundular.

Sərginin keçirilməsində məqsəd uşaqların bacarıqlarını üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media