https://innews.media/uploads/news/2022-07/_innews_45e04622bd612faceadc8e8bd_o.jpg
İsveçrənin Bill şəhərində təşkil olunan beynəlxalq şahmat festivalına yekun vurulub.
Son turda yarışın iki lideri həmyerlimiz Məhəmməd Muradlı və FİDE təmsilçisi Kiril Alekseyenko qarşılaşıb. Partiya heç-heçə ilə başa çatıb. Əlavə göstəricilərə əsasən Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Bill turnirinin qalibi adını qazanıb. Kiril Alekseyenko ikinci yerlə kifayətlənib.
Qeyd edək ki, ümumilikdə festivalda 114 şahmatçı iştirak edib.