logo
"Qadın Gücü" - ADPU THİK intellektual yarış keçirib

"Qadın Gücü" - ADPU THİK intellektual yarış keçirib

"Qadın Gücü" - ADPU THİK intellektual yarış keçirib "Qadın Gücü" - ADPU THİK intellektual yarış keçirib

Martın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) nəzdində fəaliyyət göstərən Gənc İntellektlər Klubunun təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş  “Qadın Gücü” mövzusunda intellektual yarış keçirilib. “Nə? Harada? Nə zaman?”formatında keçirilən yarışın ilkin mərhələsində, ümumilikdə,  universitetin 90 tələbəsi 15 komanda şəklində yarışıblar. II turdan sonra isə yekun nəticələrə əsasən, “Maksulizm” komandası yarışın qalibi olub. “XX Xromosom” komandası II, “Orxideya” komandası isə III yeri tutub. İlk üç yerə sahib olan komandalar diplomla təltif olunub.

Qeyd edək ki, ADPU-da intellektual yarışlara marağın çoxluğu nəzərə alınaraq  ADPU THİK-in təşkilatçılığı ilə  növbəti günlərdə “Novruz kuboku”nun təşkil olunması planlaşdırılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media